Neft bu gün də ucuzlaşdı

Neft bu gün də ucuzlaşdı
Neftin ucuzlaşması bu gün də davam edib.

 

 

Sfera.az bildirir ki, avqustun 12-də qiyməti 71,5 dollar olan "Brent” nefti bu gün 65,5 dollara təklif edilib. Qısa müddətdə neftin qiyməti 6 dollar və ya 8,4 faiz azalıb.

 

 

Neft qiymətlərinin bu dərəcədə ucuzlaşması Delta ştammının yayılması ilə bağlıdır. Məlumatlara görə birjalarda neftə olan tələbin yenidən azalacağına dair narahatçılıq hakim kəsilib. Əgər tələbdə zəifləmə baş verərsə, neft qiymətlərinin daha da aşağı düşməsi qaçınılmaz olacaq.

 

 

Neft-qaz sahəsi üzrə ekspertlər hesab edir ki, tələbin azalmasının qiymətlərə güclü təsirini zəiflətmək üçün yeganə yol hasilatın azaldılmasıdır. Bu baxımdan "OPEC+” ölkələrinin sentyabrda hasilatın artırılmasını təxirə sala biləcəyi, hətta hasilatı bir qədər azaltmağı müzakirə edəcəyi ehtimalı var.

 

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR