Alman malları bahalaşacaq

İqtisadiyyat
13:02 / 20.08.2021
1024
Almaniyanın istehsal qiymətləri indeksində 1975-ci ildən bəri ən yüksək artım qeydə alınıb.
Sfera.az bildirir ki, rəsmi məlumatlara əsasən iyulda istehsal qiymətləri indeksi əvvəlki aya nisbətən 1,9 faiz artıb.
Proqnoza görə iyulda indeks 0,8 faiz artmalı idi. Aylıq artımın güclü olması illik müqayisədə indeksin 10,4 faiz artmasına səbəb olub. İllik müqayisədə isə indeksin 9 faiz artması gözlənilirdi.
Qeyd edək ki, istehsal qiymətləri indeksi məhsulun istehsalına çəkilən xərcin dəyişməsini göstərir. Artımın yüksək olması, o anlamı verir ki, istehsal edilən malların maya dəyəri də yüksəlib.
Bu səbəbdən son aylarda Almaniyada istehsal edilən mallar bahalaşır. Bahalaşma rəsmi məlumatlarda da öz əksini tapır. Belə ki, Almaniyada iyulda illik inflyasiya 8,5 faizə çatıb.
Vasif
Sfera.az