Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 69,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel çoxdur.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barelçoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,38 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur.

OXŞAR XƏBƏRLƏR