Azərbaycan pambıq ixracında yeni rekorda nail oldu

Azərbaycan pambıq ixracında yeni rekorda nail oldu
2021-ci ilin ilk 7 ayının nəticələrinə əsasən Azərbaycan pambıq ixracında yeni rekorda nail olub. 

İlin başa çatmasına baxmayaraq ixrac məbləği 163,75 milyon dollara çatıb ki, bu da bütün dövlərin ən yüksək göstəricisidir. Nəzərə alsaq ki, qarşıdakı 5 ay ərzində də əlavə ixrac həcmləri həyata keçiriləcək, o halda cari ildə pambıq ixracında daha yüksək göstərici qeydə alınacaq. 

Bu il pambıq ixracının 200 milyon dolları ötməsi real görünür. 

Sfera.az xatırladır ki, Azərbaycan indiyə qədər ixracda ən yüksək göstəriciyə 2019-cu ildə nail olub. Həmin ildə ixrac 158,5 milyon dollar təşkil etmişdi. 2020-ci ildə ixrac 156,8 milyon dollar, 2018-ci ildə 108,35 milyon dollar, 1997-ci ildə 123,3 milyon dollar, 1995-ci ildə 116,8 milyon dollar idi. 

2021-ci ildə ixracın ən yüksək səviyyə çatması həm ixrac miqdarının yüksək olması, həm də qiymətlərin artması ilə bağlıdır.

Azərbaycan bu ilin 7 ayında 99 min tona yaxın pambıq ipliyi və lifi satıb. 
Dinamika göstərir ki, ilin sonunda satılan pambığın miqdarı 120 min tonu keçəcək. 
2020-ci ildə pambığın ixrac miqdarı 106,6 milyon ton, 2019-cu ildə 99 min ton, 1994-cü ildə 76,2 min ton olmuşdu. 

Cari ildə pambığın ixrac qiyməti də xeyli yüksəlib. Bu ilin ilk 7 ayında Azərbaycanın ixrac etdiyi pambığın bir tonu orta hesabla 1662 dollara satılıb. 2020-ci ilin yekununda orta qiymət 1390 dollar olmuşdu. 

Qiymət dinamikası göstərir ki, ilin sonuna doğru ixrac qiymətlərində bir qədər də artım baş verəcək. 

Vasif
Sfera.az
  


OXŞAR XƏBƏRLƏR

Qadınlar və kişilər niyə xəyanət edir? -Əsl səbəbi AÇIQLANDI

"Xəyanətin əsas səbəbi cansıxıcılıq deyil, partnyorların münasibətlərində emosional və erotik tənəzzüldür".   Sfera.az xəbər verir ki, bunu...

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.   Sfera.az xəbər verir ki, ...

Sahibə Qafarova Bosniya və Herseqovinaya getdi -FOTO

​​​​​İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib.   Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ...

Lerikdə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTO

İyulun 10-da Lerik Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların s...

Moskva aeroportlarında məhdudiyyət tətbiq edildi

Moskva vilayətinin hava limanlarında - Vnukovo, Domodedovo və Jukovskidə təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.   ...

Laçında insan skeletinin qalıqları tapıldı

Laçında insan skeletinin qalıqları tapılıb.   Sfera.az-ın xəbərinə görə, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb.   ...