Azərbaycanın Əfqanıstana ixrac etdiyi məhsullar: 37 milyon dollarlıq...

Azərbaycanın Əfqanıstana ixrac etdiyi məhsullar:  37 milyon dollarlıq...
Əfqanıstanda rejim dəyişikliyinin Azərbaycanla ticarət əlaqələrinə ciddi təsiri olmayacaq. Çünki iki ölkə arasında geniş ticarət münasibətləri yoxdur. 

Sfera.az bildirir ki, 2021-ci ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 6,13 milyon dollar olub. Ticarətin 6,1 milyon dollarını Azərbaycandan ixrac təşkil edib. Belə ki, Əfqanıstana yoqurt, ayran, qatıq, vafli, tütün və qazoyllar satmışıq. 

2020-ci ildə Əfqanıstanla ticarət 37,75 milyon dollar olub. Bunun 37,72 milyon dolları Azərbaycandan ixrac təşkil edib. İxrac etdiyimiz əsas məhsullar reaktiv mühərriklər üçün kerosin yanacağından (20,53 milyon dollar), qazoyllardan (12,45 milyon dollar), saxarozadan (2,5 milyon dollar) ibarət olub. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR