Azərbaycan 1 milyard dollar dəyərində yeyinti məhsulu idxal edib

Azərbaycan 1 milyard dollar dəyərində yeyinti məhsulu idxal edib
Bu ilin ilk 7 ayında ölkəmizə 1 milyard dollar dəyərində yeyinti məhsulu idxal edilib. Ötən ilin eyni dövründə yeyinti məhsullarının idxal dəyəri 884 milyon dollar idi. 

Bu il qida məhsullarının idxalı 13 faizdən çox artıb və onun cəmi idxalda payı 15 faizdən 16 faizə yüksəlib. 

Sfera.az bildirir ki, yeyinti məhsullarının idxalı arasında daha çox pul meyvə-tərəvəz, bitki mənşəli yağlar və buğdanın idxalına xərclənib. 

Meyvə-tərəvəzin idxalına 128,2 miyon dollar, bitki yağlarının idxalına 126,6 milyon dollar, buğdanın idxalına 103,77 milyon dollar vəsait sərf edilib. 
Bu il hər üç mal qrupunda artım qeydə alınıb. Daha çox artım isə bitki yağlarında baş verib. Bitki yağlarının idxalına çəkilən xərc 35 milyon dollardan çox artıb ki, bunun da səbəbi son bir ildə qarğıdalı və günəbaxan yağının 50 faizdən çox bahalaşmasıdır.  

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR