Çin nefti “ucuzlaşdırır”

Çin nefti “ucuzlaşdırır”
Bu həftənin ilk günündə neftin qiymətində enmə müşahidə edilir. Ucuzlaşma nəticəsində "Brent” neftinin qiyməti 70 dollardan da aşağı düşüb. 

Sfera.az bildirir ki, neftin ucuzlaşmasına Çinin iqtisadi göstəricilərindəki dəyişiklik səbəb olub. İyulda Çinin emal sənayesində artım sürəti zəifləyib, eyni zamanda iqtisadi artımın yavaşladığı görünüb. Bu məlumatların açıqlanmasından sonra "Brent” nefti 1 faizdən çox ucuzlaşıb. 

Çində xam neft emalı da keçən ay, 2020-ci ilin may ayından bu yana ən aşağı gündəlik səviyyəsinə düşüb. Dünyanın ən böyük neft idxalçısı olan Çində mühüm iqtisadi göstəricilərin zəifləməsi neft bazarındakı qiymətlərə mənfi təsir göstərib. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR