Azərbaycanda bir ildə 200-dən çox sənaye müəssisəsi açılıb

Azərbaycanda bir ildə 200-dən çox sənaye müəssisəsi açılıb
Azərbaycanda ötən il sənaye müəssisələrinin sayı 220 ədəd və ya 7 faiz artaraq 3389 ədəd olub. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəmizdə olan sənaye müəssisələrinin əksəriyyəti emal sektorunda fəaliyyət göstərir. Burada 2515 müəssisə var və onların sayı bir ildə 185 ədəd, yəni 7,94 faiz artıb. 

Emal sənayesində ən çox müəssisə qida məhsullarının istehsalı üzrə fəaliyyət göstərir. Onların sayı 487 ədəddir və son bir ildə 38 ədəd artıb. 

Tikinti materiallarının istehsalı, maşın və avadanlıqların quraşdırılması, poliqrafiya fəaliyyəti, rezin və plastik kütlə məmulatlarının istehsalı, mebel istehsalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı müəssisələrinin də sayı çoxdur. 

Emal sektorunda ən az müəssisə neft məhsullarının istehsalı (9 ədəd), tütün məmulatlarının istehsalı (13 ədəd), avtomobil istehsalı (13 ədəd), əczaçılıq məhsullarının istehsalı (17 ədəd) sahələrindədir.

İqtisadiyyatımızda ən çox məhsul istehsal olunan mədənçıxarma sənayesində isə cəmi 337 müəssisə var. Burada müəssisələrin sayı 6 ədəd artıb. Bu müəssisələrin 32-si neft və qaz hasilatı ilə məşğuldur. Metal hasilatı ilə 8 müəssisə, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi hasilatı məhsullarının istehsalı ilə 164 müəssisə məşğul olur.

Vasif
Sfera.az
 




OXŞAR XƏBƏRLƏR

Lerikdə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTO

İyulun 10-da Lerik Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların s...

Naxçıvanda əhalinin sayı açıqlandı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Bu barədə Sfera.az-a Naxçıvan MR Statistika Komitəsindən məlumat verilib.   ...

MİQ imtahanına yekun vuruldu - İlk nəticələr

3, 4, 8-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65572 namizəd dəvət edilib. Ümumilikdə test imtaha...

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Saatlı rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb. &...

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...