Dünyada neftə tələbat 100 milyon barelə çatacaq

Dünyada neftə tələbat 100 milyon barelə çatacaq
Neftə olan gündəlik qlobal tələb 2021-ci ildə 5,3 milyon barel artaraq 96,2 milyon barelə, 2022 -ci ildə 3,2 milyon barel artaraq 99,3 milyon barrelə çatacaq. 

Sfera.az xəbər verir ki, bu haqda Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq icmalında qeyd edilib. 

IEA analitikləri, koronavirusun Delta növünün sürətlə yayılması səbəbindən, tələbatın artım proqnozunu 2021-ci ildə gündəlik 0,3 milyon barel, 2022 -ci ildə isə gündəlik 0,1 milyon barrel aşağı salıblar.

Agentlik hesab edir ki, peyvənləmənin artan sürəti ilin ikinci yarısında tələbatın artmasına zəmin yaradacaq.

IEA analitikləri bu ilin üçüncü rübündə dünya neft tələbatının 97,4 milyon barrelə çatacağını, dördüncü rübdə isə gündəlik 98,9 milyon barrelə yüksələcəyini gözləyirlər. Bu ilin birinci rübündə tələbat gündəlik 93,4 milyon barel, ikinci dövrədə isə gündəlik 94,9 milyon barrel səviyyəsində idi.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR