Azərbaycanda adambaşına 4 721 manatlıq məhsul istehsal edilib

12:48 / 12.08.2021
805
2021-ci
ilin yanvar-iyul aylarında ölkədə 47,262 milyard
manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili
məhsul (əlavə dəyər) istehsal olunub.
Sfera.az rəsmi məlumatlara
istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1
faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artmışdır.
ÜDM istehsalının 40,3 faizi
sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat
və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi
turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5 faizi digər
sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulub
9,1 faizini təşkil edib.
Vasif