Azərbaycana 161 ölkədən mal gətirilir

İqtisadiyyat
16:08 / 11.08.2021
870
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 171 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Sfera.az bildirir ki, 100 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən isə idxal həyata keçirilib.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 14,65 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 9,26 milyard dollarını və ya 63,2 faizini ölkədən ixrac olunan məhsullar, 5,39 milyard dollarını (36,8 faizini) idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3,87 milyard dollar məbləğində müsbət saldo yaranıb.
2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 24,7 faiz artıb, real ifadədə isə 7,7 faiz, o cümlədən idxal 11,1 faiz, ixrac 5,2 faiz azalıb.
Vasif
Sfera.az