ABŞ neft hasilatının artırılmasını istəyir

ABŞ neft hasilatının artırılmasını istəyir
ABŞ administrasiyası ölkə daxilində benzinin bahalaşmasının qarşısını almaq üçün "OPEC+”dan neft hasilatının daha çox artırılmasını istəyəcək.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ rəsmiləri bu məqsədlə Səudiyyə Ərəbistanı, Birləşmir Ərəb Əmirlikləri və digər ölkələrin nümayəndələri ilə görüşüb. 

"OPEC+” üzv ölkələrlə avqustdan gündəlik hasilatın 400 min barel artırılmasını razılaşdırıb. Rəsmi Vaşinqton hesab edir ki, hasilatın bu qədər artırılması kifayət deyil, əlavə edilən həcmlər bahalaşmanın qarşısını almır. Buna görə də ABŞ gündəlik hasilatın daha çox artırılmasını istəyir. 

Xatırladaq ki, "OPEC+” gündəlik hasilatın artırılması haqqında 2021-ci ildə bir neçə dəfə qərar qəbul edib. Amma neftin qiymətindəki artım dayanmayıb və yeni qiymət rekordları qeydə alınıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR