Azərbaycanda orta əməkhaqqı artıb

İqtisadiyyat
15:08 / 11.08.2021
900
2021-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 min nəfər və ya 0,3 faiz azalaraq 1,690 milyon nəfər olub. Onlardan 908,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 782,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2021-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 724,4 manat olub.
Xatırladaq ki, 2021-ci il daxil olandan ölkəmizdə orta əməkhaqqı azalırdı. Beş aylıq fasilədən sonra orta əməkhaqqı artıb.
Vasif
Sfera.az