Neft qiymətləri son 10 ayın ən pis həftəsini keçirib
Sfera.az bildirir ki, neft bazarında COVİD-19 virusunun yayılmasının yenidən güclənəcəyinə dair narahatçılıq qalır. Bununla əlaqədar yeni həftənin ilk günündə neft ucuzlaşır. Hazırda "Brent” neftinin qiyməti 70 dollardan aşağı satılır.
Neftin ucuzlaşmasına Çin iqtisadiyyatındakı böyümə sürətinin bir qədər zəifləyəcəyinə dair proqnozlar da kömək edir. Proqnozlara görə 2021-ci ildə Çin iqtisadiyyatı 8,6 faiz yox, 8,3 faiz böyüyəcək. Dünyada ən çox neft idxal edən ölkə olan Çinin iqtisadiyyatı ilə bağlı proqnozun bir qədər pisləşməsi neft qiymətlərinə mənfi təsir göstərib.
Neftin ucuzlaşmasına səbəb olan amillərdən biri də dolların bahalaşmasıdır. ABŞ-da məşğulluq göstəricilərinin yaxşılaşması dolları bahalaşdırır ki, bu da neftin qiymətinə aşağı yönlü təsir edir.
Bazar araşdırmacıları hesab edir ki, sadalanan faktorların təsiri qaldıqca, neftin bahalaşma ehtimalı zəifləyəcək.
Vasif
Sfera.az






