Azərbaycanın neft gəlirləri hər ay artacaq

Azərbaycanın neft gəlirləri hər ay artacaq
"OPEC+” çərçivəsində əməkdaşlıq edən ölkələrin nazirlərinin 19-cu iclasında razılıq əldə edilib. 

Sfera.az bildirir ki, razılığa əsasən, "OPEC+” ölkələri gündəlik xam neft hasilatını 2021-ci ilin sonuna kimi hər ay 400 min barrel artıracaq. Bundan başqa, 2022-ci ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılacaq. 

Razılaşmaya uyğun olaraq, Azərbaycan da neft hasilatını avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artıracaq. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. 

Azərbaycan üçün baza göstərici 2018-ci ilin oktyabrındakı 718 min barrelik  gündəlik xam neft hasilat göstəricisidir. İyulda ölkəmiz gündəlik 620 min barel neft hasil etməklə baza göstəricidən 98 min barel az neft çıxaracaq. Avqustdan hər ay Azərbaycan neft hasilatını artıraraq tədricən gündəlik hasilatı baza səviyyəyə çatdıracaq. 

Qlobal aspektdən yanaşdıqda razılaşma neft bazarında qiymətlərin əlverişli səviyyədə qalmasına, eyni zamanda böyük həcmdə neft hasil edən ölkələrin gəlirlərinin artmasına kömək edəcək. 

Razılaşma bu baxımdan Azərbaycan üçün də əhəmiyyətlidir. Ölkəmizdə neft hasilatının artırılması ilk növbədə ümumi daxili məhsul (ÜDM) istehsalının artmasına imkan yaradacaq. Məlumdur ki, 2020-ci ildə ÜDM istehsalının azalmasında və iqtisadiyyatın böhrana girməsində neft hasilatının kəskin azaldılmasının böyük rolu olmuşdu. Bu dəfə əks proses baş verir və hasilatın artırılması iqtisadi artımın bərpasına böyük töhfə verəcək.  

Neft hasilatının artırılması həm də ixracı artırmağa kömək edəcək mühüm amildir. Azərbaycanın ixracında xam neft 80 faizdən çox paya sahibdir. Neft ixracı artdıqca tədiyə balansında profisit böyüyür və bu, ölkəmizdə maliyyə sabitliyinin, o cümlədən dollar/manat kursunun sabitliyinin təmin edilməsinə böyük dəstək olacaq. 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Qarabağ"ın yeni transferi

"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb.   Sfera.az xəbər verir ki, Portuqaliyanın “Mafra” klubu ilə ap...

Azərbaycanda seysmik risklər: Bakı və bölgələr üçün yenilənən xəritələr nə deyir?

Hər il Azərbaycanda əhalinin çox zaman hiss etmədiyi, lakin rəsmi qurumlar tərəfindən qeydə alınan onlarla kiçik yeraltı təkan baş verir. Bu zəlzələlər əksər ha...

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...