Logo

Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - STATİSTİKA

Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan əhalisi xərclədiyi pulun çox hissəsini ərzağın alışına, ən az hissəsini pullu xidmətlərin əldə edilməsinə sərf edir.

Sfera.az xəbər verir ki, 2021-ci ilin ilk 5 ayı ərzində bir nəfər hər ay orta hesabla 369 manat pul xərcləyib. Ötən ilin eyni dövründə insanlar hər ay 357 manat xərcləmişdi.

Aylıq xərclərin 167,5 manatı ərzağa, 137,1 manatı qeyri-ərzağa, 64,4 manatı pullu xidmətlərə gedib. Əhali ötən ilin eyni dövründə ərzağa 157,2 manat, qeyri-ərzağa 135,4 manat, pullu xidmətlərə 64,4 manat xərclənmişdi.

Statistika göstərir ki, əhalinin xərclərinin 45,4 faizi ərzağa, 37,15 faizi qeyri-ərzağa 17,45 faizi pullu xidmətlərə sərf edilib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR