Logo

Azərbaycan ən çox bu ölkəyə neft satıb

Azərbaycan ən çox bu ölkəyə neft satıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci yanvar-may aylarına aid olan məlumata əsasən, Azərbaycan 20 ölkəyə neft satıb.

Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bu ölkələrin 11-i Avropada, 5-i Asiyada, 1-i Afrikada, 1-i Avstraliya və Okeaniyada, 1-i Şimali Amerikada yerləşir. Siyahıdakı 20-ci ölkə Rusiyadır.

Azərbaycan ilk 5 ayda 11,921 milyon ton neft satıb. Neftin yarısı (5,982 milyon ton) İtaliyaya ixrac edilib. İtalya bu qədər neft üçün 2,449 milyard dollar ödəyib.

İspaniya 866 min ton, Hindistan 846 min ton, İsrail 616 min ton neft idxal edib.

Ölkəmizdən ən az nefti Rusiya alıb. Rusiya 5 ay ərzində 330 ton neft idxal edib. Rusiya ilə yanaşı Çexiya, Avstraliya, Rumıniya  da az neft idxal edən ölkələrdəndir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR