Logo

FED-in iclasından sonra neftin ucuzlaşması sürətlənib

FED-in iclasından sonra neftin ucuzlaşması sürətlənib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarında neft sürətlə ucuzlaşır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,42 dollar azalaraq 47,59 dollar təşkil edib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,31 dollar azalaraq 48,66 dollar olub.

Beləliklə, neft artıq 5-ci gün dalbadal ucuzlaşır. Brent markalı neftin qiyməti mayın 24-dən etibarən minimum səviyyəyə enib.

Neftin ucuzlaşmasına səbəb kimi ABŞ-da neft buruqlarının sayının artması və BöyükBritaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirəcəyi referendumun yaxınlaşması göstərilir. Federal Ehtiyatlar Sisteminin dünən uçot dərəcəsinin əvvəlki (0,25-0,5%) səviyyədə saxlaması neftin ucuzlaşmasını daha da sürətləndirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR