\"Qərbi-Abşeron\"dakı özüllərin tikintisi davam edir

\

 

"Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Qərbi-Abşeron" yatağında quraşdırılması nəzərdə tutulan 10 və 54 nömrəli stasionar dəniz özüllərinin tikintsi "Neftqaztikinti" Tresti tərəfindən uğurla davam etdirilir.


Sfera.az SOCAR-ın saytına istinadən məlumat verir ki, 10 nömrəli stasionar dəniz özülündə 9 ədəd dayaq bloku, 9 ədəd aralıq seksiyası, 1 ədəd piyada körpüsü, 9 ədəd minik və yanalma meydançaları quraşdırılıb, 36 ədəd svay vurulub, 9 ədəd svay ankerlənib, 3 ədəd svay tam, 6 ədəd svay isə qismən sementlənib. Hazırda aralıq seksiyalar və blokların bərkidilməsi, meydançalara pilləkənlərin quraşdırılması, antikorroziya işləri və s. aparılır.

 

54 nömrəli stasionar dəniz özülündə isə 9 ədəd dayaq bloku, 9 ədəd aralıq seksiyası, 1 ədəd piyada körpüsü, 10 ədəd minik və yanalma meydançaları quraşdırılıb, 32 ədəd svay vurulub.

 

Hazırda bloklar və aralıq seksiyaların bərkitmə işləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR