ADA Universiteti Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başladı

ADA Universiteti Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başladı
İyunun 2-də ADA Universiteti ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə və Azərbaycan Beynəlxalq Bankının İdarəHeyətinin sədri Abbas İbrahimov imzalayıb.

Sənədinəsas məqsədlərindən biri Bankın strateji fəaliyyət istiqamətləri üzrə müxtəlif mövzulara dair elmi tədqiqatların aparılması, birgəkonfrans və tədbirlərin keçirilməsi, bank əməkdaşları üçün fərqli dərəcəvə ixtisasartırma proqramlarının həyata keçirilməsidir. Eləcədə ADA-nın yüksək bilik və bacarığı ilə fərqlənən məzunlarının işlətəmin edilməsi dəəsas məqsədlər sırasındadır. Memoranduma əsasən, universitetin "Big Data” Mərkəzinin rezident tələbələri ilə Bankın müvafiq birgəlayihələri reallaşdırılacaq.Əməkdaşlıq çərçivəsindəməlumat və təcrübəmübadiləsinin həyata keçirilməsi də nəzərdətutulub.

Memoranduma əsasən, gənc peşəkarların hazırlanması istiqamətində Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik, Biznes və ya digər fakültələrinin tələbələri üçün təqaüd proqramları təsis ediləcək. "Big Data” Mərkəzinin rezident tələbələri Bankın müvafiq sifarişlərini yerinə yetirəcəklər.Əməkdaşlıq çərçivəsindəbirgə layihə-konstruktor işlərinin aparılması, habelə elmi və elmi-texniki konfransların təşkili, məlumat vətəcrübə mübadiləsinin həyata keçirilməsi də nəzərdətutulub.

 

Sənədi imzalayan ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadədavamlı inkişafa nail olmaq üçün milli kadrların yetişdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ADA Universiteti müasir iş mühitinin sürətlədəyişən tələblərini nəzərəalaraq bir çox xarici universitetlərləikili diplom proqramları təqdim edir. Eyni zamanda iri şirkətlərləəməkdaşlığını durmadan genişləndirir: "Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq gənclərin inkişafı üçün yeni fürsət və imkanlar təqdim edəcək. Universitetin akademik, Bankın isə praktik təcrübəsi yüksək ixtisaslı kadrların yetişdirilməsini sürətləndirəcək”, - deyə prorektor F.İsmayılzadəəlavə edib.


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə Bankın strateji inkişaf planından bəhs edərək rəqəmsal bankçılıq, korporativ idarəetmə, davamlı və rəqabətədavamlı biznes modelinin tətbiq edilməsi üzrəəldə olunan təcrübəvə nailiyyətlərədiqqət yönəldib: "Ən qabaqcıl yenilikləri ölkəmizəgətirməkləyanaşı, biz insan kapitalının dəstəkləməsinə, istedadlı insanlara inkişaf mühitinin yaradılmasına da böyük önəm veririk. Yüksək potensiala malik gəncləri işə cəlb edib onların peşəkar inkişafına kömək göstərməkləölkəmizin iqtisadi inkişafına əlavədəyər qazandırmağı hədəfləyirik. ADA Universiteti ilə genişlənənəməkdaşlığımız bu istiqamətdəyeni imkanlar yaradacaq”- deyə A.İbrahimov vurğulayıb.


Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...