Logo

Xaricdə Azərbaycanın qeyri-neft mallarına tələb artır

Xaricdə Azərbaycanın qeyri-neft mallarına tələb artır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycandan qeyri neft-qaz sektoruna aid olan malların ixracında artım müşahidə edilir.

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2021-ci ilin yanvar-aprelində qeyri neft-qaz mallarının ixrac dəyəri 697 milyon dolları ötüb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə ixrac 148 milyon dollar (27 faiz) artıb. Ötən ilin ilk 4 ayında qeyri neft-qaz mallarının satış dəyəri 549 milyon dollar idi.

Qeyri neft-qaz mallarının ixracının artmasından sonra onun ümumi ixracda payı 8,7 faizdən 11 faizə yüksəlib.

Ölkəmizdən xaricə satılan əsas qeyri neft-qaz məhsulları meyvə-tərəvəz (131,5 milyon dollar), plastmassa və onlardan hazırlanan məmulatlar (123 milyon dollar), pambıq iplik və pambıq lifi (112 milyon dollar) təşkil edib.

Bu il meyvə-tərəvəz ixracı 23 milyon dollar azalıb, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 62,5 milyon dollar, pambıq iplik və pambıq lifi ixracı 58 milyon dollar artıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR