Logo

Ötən ay 6 minə yaxın abonent qeydə alınıb – “Azəriqaz”

Ötən ay 6 minə yaxın abonent qeydə alınıb – “Azəriqaz”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyində əhali sektoru üzrə 5 885 yeni abonent qeydiyyata alınıb.

"Azəriqaz”dan Sfera.az-a verilən məlumata görə, onlardan 3 995-i Bakı, Abşeron və Sumqayıt, 1 890-ı isə regionların payına düşür. Bu ilin 4 ayı ərzində əhali sektoru üzrə 31 429 yeni abonent qeydiyyata alınıb.

Beləliklə, indiyədək ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 918 440, regionlar üzrə isə 1 milyon 440 min 470 abonent daxildir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR