Logo

Nazirlik 38 ticarət obyektini cərimələdi

Nazirlik 38 ticarət obyektini cərimələdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən Sfera.az-a verilən xəbərə görə, 38 ticarət obyektində növbəti monitorinq keçirilib və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Pozuntu aşkar olunan ticarət obyektlərinin siyahısı aşağıda verilib:

Binəqədi rayonunda Elnurə Abbasovaya məxsus mağaza, Yasamal rayonunda Kamaləddin Quliyevə, Mirhəmid Talıbova məxsus pərakəndə ticarət obyektləri, Suraxanı rayonunda "Tatlı şirniyyat mağazası”, Sabunçu rayonunda "Lux ərzaq mağazası”, Nərimanov rayonunda Aynurə Bərhənə məxsus market, Xətai rayonunda Qismət Həsənova məxsus "İnşaat malları mağazası”, Səbail rayonunda Ceyhun Qabilova məxsus avtomobil hissələrinin satışı mağazası, Nizami rayonunda İrina Rzayevaya məxsus ticarət obyekti, Gəncə şəhərində "Tağıyev Shopping geyim mağazası”, "Klimber” pərakəndə ticarət obyekti, Namiq Quliyevə, Fariz Əliyevə məxsus mağazalar, Sumqayıt şəhərində "Ucuz market ərzaq mağazası", "Ən ucuz market”, "Ucuz məktəbli mağazası”, "Chanel+Ətriyyat mağazası”.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR