Logo

Ev təsərrüfatları kiçilir – Səbəb nədir?

Ev təsərrüfatları kiçilir – Səbəb nədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son 5 ilin müqayisəsi göstərir ki, Azərbaycanda ev təsərrüfatlarının ölçüsü kiçilir. Sfera.az rəsmi məlumatlara əsasən bildirir ki, ev təsərrüfatları 2015-ci ildə 4,72 nəfərdən ibarət olduğu halda, 2020-ci ildə 4,13 nəfər olub.

Ev təsərrüfatı dedikdə, bir yerdə yaşayan, gəlir və əmlakını tam və ya qismən birləşdirən, bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirən qrupdur. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən, ailə üzvü olmayan şəxslərdən, eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər.

Azərbaycanda ev təsərrüfatlarının böyük hissəsini ailələr formalaşdırır. Bu baxımdan ev təsərrüfatlarının kiçilməsini ailələrin kiçilməsi kimi də qiymətləndirmək olar.

Bundan başqa, yeni ailə quranların əksər hissəsinin valideynləri ilə birgə yaşamaq istəməməsi də ev təsərrüfatlarının kiçilməsinə səbəb olur.

Ev təsərrüfatlarının kiçilməsi həm şəhər, həm də kənd yerlərində müşahidə edilir. Müqayisə edilən dövrdə şəhər yerlərində ev təsərrüfatlarının ölçüsü 4,56-dan 3,94-ə, kənd yerlərində 4,93-dən 4,38-ə kimi kiçilib.

Ən kiçik ev təsərrüfatları Bakıdadır. Son 5 ildə paytaxtdakı ev təsərrüfatlarının ölçüsü 4,28-dən 3,63-ə düşüb.
Bütün regionlarda ev təsərrüfatları kiçilir. Beş il əvvəl cənub, Şəki-Zaqatala, Aran, şimal regionunda ev təsərrüfatlarının ölçüsü 5-ə yaxın olduğu halda hazırda 4-ə qədər düşüb.
 
Vasif
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR