Logo

Vergi gəlirləri kəskin artıb: Dövlət büdcəsində artıq vəsait yarandı

Vergi gəlirləri kəskin artıb: Dövlət büdcəsində artıq vəsait yarandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ilin birinci rübünə aid olan məlumatlara əsasən, dövlət büdcəsinin vergi gəlirlərində ciddi artım əldə edilib.

Sfera.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 85 milyon 700 min manat vəsait daxil olub. Bu vəsait proqnoza nisbətən 363,8 milyon manat və ya 21,1 faiz çoxdur. 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə Vergi Xidmətinin xətti ilə daxilolma 45,8 milyon manat və ya 2,2 faiz artıb.

Daxil olan vəsaitin 72,2 faizi və yaxud 1 milyard 507 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. 2020-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorundan 110,6 milyon manat (7,9 faiz çox) vəsait toplanıb.

Büdcəyə gömrükdən daxil olan vəsaitdə də ciddi artım var. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 158,6 milyon manat və ya 20,2 faiz çoxdur.

Vergi və gömrük gəlirlərinin birinci rübdə proqnozdan xeyli çox olması və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulan mənbələrdən istifadə olunması hesabına Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnoza nisbətdə 536,3 milyon manat və ya 17,6 faiz az vəsait köçürülüb. Köçürülən vəsaitin həcmi 2,514 milyard manat olub.

Vergi gəlirlərinin artması hesabına dövlət büdcəsində 317,6 milyon manat profisit yaranıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR