Logo

Bu il Azərbaycanda 1,4 mln ton neft emal edildi

Bu il Azərbaycanda 1,4 mln ton neft emal edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda neft emalı 1,4 milyon ton təşkil edib.

Sfera.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin üç ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarda qeyd olunub.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 93 min ton az olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR