Logo

Neftin qiyməti ucuzlaşdı

Neftin qiyməti ucuzlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dünya bazarında neftin qiyməti bir qədər düşüb.

Sfera.az "Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:06-da Şimal Dənizində hasil olunan "Brent” neftinin iyun fyuçerslərinin qiyməti 0,36 faiz düşərək 66,53 ABŞ dolları səviyyəsində qərarlaşıb.

WTI neftinin iyun fyuçersləri 0,25 faiz, may fyuçersləri isə 0,21 faiz ucuzlaşaraq bir bareli müvafiq olaraq 63,03 və 63 dollara satılıb.

Ötən həftə tələbatla bağlı müsbət gözləntilər və dünya iqtisadiyyatının bərpası proqnozları neftin qiymətinin 6 faiz artmasına səbəb olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR