Logo

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 16-da 66,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,91 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR