Logo

Əhalinin gəlirlərində real azalma 8,4 faizə yüksəlib

Əhalinin gəlirlərində real azalma 8,4 faizə yüksəlib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri azalıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilk 2 ayda əhalinin gəlirləri  7 milyard 979 milyon 900 min manat olub və gəlirlər əvvəlki ilin eyni dövrünə nisbətən 4,2 faiz azalıb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7,14 milyard manatlıq vəsait qalıb.

İnflyasiya göstəricisi (3,7 faiz) nəzərə aldıqda əhalinin gəlirlərində real azalma 7,9 faiz olub.

Əhalinin hər nəfərinə düşən nominal və real gəlirlər isə daha çox azalıb. Adambaşına nominal gəlirlərdə azalma 4,7 faiz, adambaşına real gəlirlərdə azalma 8,4 faiz təşkil edib.
 
Vasif
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR