Logo

Dövlət Neft fondu qızıl ehtiyatlarını artırır

Dövlət Neft fondu qızıl ehtiyatlarını artırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan Respublikası Dövlət Neft fondu bu il qızıl ehtiyatlarını artırmağı planlaşdırmır".

Sfera.az bildirir ki, bunu Trend-ə SOFAZ-dan deyiblər.

Fonddan deyiblər ki, hazırda SOFAZ-ın qızıl ehtiyatları portfelinə 30175 kiloqram qızıl daxildir

ki, bu da ümumi aktivlərin təqribən 3,5 faizini təşkil edir: "SOFAZ-ın vəsaitlərinin idarə edilməsi üzrə

qaydalara uyğun olaraq ümumi aktivlərdə qızıl ehtiyatlarının payı fondun investisiya portfelinin

5 faizi həddini ötməməlidir".

Strukturdan qeyd ediblər ki, SOFAZ-ın qızıl alışı fondun strateji məqsədlərinə cavab verir.

Qeyd edək ki, ötən ilin oktyabrın 1-nə olan vəziyyətə görə SOFAZ-ın aktivləri ilin əvvəli

(37,1 milyard dollar) ilə müqayisədə 6,38 faiz azalaraq 34,74 milyard dollar təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR