Logo

Daha 12 müəssisədən Rusiyaya pomidar ixracına icazə verildi

Daha 12 müəssisədən Rusiyaya pomidar ixracına icazə verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Rosselxoznadzor” 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib

Sfera.az xəbər verir ki, bu barədə  "Rosselxoznadzor” məlumat yayıb.

Məlumata görə, fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.

"Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Azərbaycan müəssisələrində məhsulunun güvəsinə yoluxmaması üçün video yoxlamalar aparır.

Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən  nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən "Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.

"Rosselxoznadzor” pomidor idxalına icazə verdiyi Azərbaycan müəssisələrinin adlarını da açıqlayıb.

Bunlar Bakı şəhəri, Sabirabad, Abşeron və Kürdəmir rayonlarında yerləşən müəssisələrdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR