10 min dollarlıq kreditlərə güzəşt məsələsi

10 min dollarlıq kreditlərə güzəşt məsələsi

"On min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə baxıla bilər". "Qafqazinfo" ANSpress-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib ki, Milli Məclisdə bu məsələyə baxılmasından xəbərsizdir. "Ancaq palataya bu barədə müraciət daxil olsa, məsələyə baxıla bilər".

O həmçinin deyib ki, Azərbaycanda bəzi istisnalarla xarici valyutada kreditlərin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır. R.Aslanlının sözlərinə görə, İslam bankçılığının Azərbaycanda tətbiqinin mümkün olmaması ilə bağlı onun adından yayılmış fikirlər KİV-in özünə məxsusdur.

Bununla yanaşı Palatanın başçısı ipoteka kreditləşməsi sahəsində yeniliklərin olacağını da vurğulayıb. O deyib ki, prezident İpoteka Fondunun yenidən formalaşması ilə bağlı xüsusi tapşırığı var və tezliklə qərar açıqlanacaq.

Ötən ay Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.


OXŞAR XƏBƏRLƏR

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...

Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq

“Rusiya və Azərbaycanın Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək”.   Sfer...

Məhəmmədəlinin anasından VİDA VİDEOSU

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində və...

Kanada ABŞ-nin 51-ci ştatı ola bilər - Prezidentdən AÇIQLAMA

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olmasını yenidən təklif edib.    Sfera.az xəbər verir ki, bu barədə ...

Şəhid anaları "Əshabi-Kəhf"də təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudu - VİDEO

Bu gün “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində əfsanəvi generalımız Polad Həşimovun anası Səmayə ana Naxçıvanın qəhrəman şəhid oğullarının v...

Bakıya gətirilən daha 7 yaralı Yeni Klinikaya YERLƏŞDİRİLDİ -VİDEO

AZAL-a məxsus təyyarə qəzasında xəsarət alanlardan növbəti 7 nəfər Yeni Klinikaya yerləşdirilib. Sfera.az xəbər verir ki, onlar Aktaudan AZAL-ın xüsus...