Logo

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 7-də 54,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 54,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 54,15 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR