Türkiyədə yanacağın qiyməti qalxdı - QİYMƏT
Türkiyədə benzinin 1 litrinin qiyməti 11 kuruş (4,9 qəpik) bahalaşıb.
Sfera.az-ın məlumatına görə, bu barədə Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyindən bildirilib.
Qiymət artımına əsasən İstanbulda benzin 7.24 (1.66 azn), İzmirdə 7.30 (1.67 azn), Ankarada isə 7.29 (1.68 azn) lirədən hesablanacaq.
Qeyd edək ki, ölkəmizdə 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Yeni tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq edilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.






