Logo

Dünya Bankı: Azərbaycan iqtisadiyyatı inkişaf edəcək

Dünya Bankı: Azərbaycan iqtisadiyyatı inkişaf edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir.

Sfera.az xəbər verir ki, bu proqnoz Dünya Bankının bu gün dərc edilmiş "Global Economic Prospects”in ("Dünya iqtisadiyyatının perspektivləri” - red) yanvar hesabatında yer alıb.

Dünya Bankının ekspertləri növbəti ildə də Azərbaycanla bağlı nikbin proqnozlar irəli sürüblər. Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.

"Azərbaycanda iqtisadi fəallıq neftin qiymətlərinin sabitləşməsi nəticəsində artacaq. Azad edilmiş ərazilərin bərpasına sərmayələr və xərclər də öz töhfəsini verəcək", - hesabatda vurğulanır.

Həmçinin qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında bağlanmış sülh razılaşması regionda geosiyasi gərginliyin azalmasına imkan yaradacaq. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR