Logo

Pandemiya iqtisadi artımı əngəlləyə bilməyib – Azərbaycanın uğur statistikası

Pandemiya iqtisadi artımı əngəlləyə bilməyib – Azərbaycanın uğur statistikası
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Pandemiya və 44 günlük Vətən müharibəsinin yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatının bir çox sahələrində müsbət dinamika müşahidə edilib.

Bunlardan ilk növbədə qeyri neft-qaz sənayesində qeydə alınan 11,4 faizlik artımı qeyd edə bilərik.

Sfera.az bildirir ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində qeyri neft-qaz sənayesində 10,5 milyard manatlıq məhsul istehsal edilib. İstehsal edilən məhsulun həcmi real göstəricilər əsas götürülməklə 2019-cu ilin eyni dövrünə nisbətən 11,4 faiz artıb. Bu dövrdə neft-qaz sektoru üzrə sənaye məhsullarının istehsalı 4,7 faiz azalıb.

Artıma nail olunan iqtisadi sahələrdən digəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələridir. Bu sahələrdə 7,96 milyard manatlıq məhsul istehsal edilib və 2019-cu ilin 11 ayına nisbətən istehsal 2 faiz artıb. İstehsal bitkiçilikdə 1 faiz, heyvandarlıqda 2,9 faiz təşkil edib.

Bu il nəqliyyat və anbar təsərrüfatında da artım qeydə alınıb. Qeyd edilən sahələrdə məhsul istehsalı 3,7 faiz artıb.

Pandemiya informasiya və rabitə sahəsində xidmətlərə tələbi artırdığından 2020-ci ildə bu sahədə böyümə baş verib. İlin 11 ayında informasiya və rabitə sahəsində 1,6% artım baş verib. Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin dəyəri 1,996 milyard manat təşkil edib. Onun da 73,3 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 42,1 faizi və ya 840,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

2020-ci ildə ümumən investisiya qoyuluşu azalsa da neft-qaz sektoru üzrə əsas kapitala investisiyaların həcmi 8,6% artıb. Neft-qaz sektoru üzrə sərmayə qoyuluşunun artması qaz hasilatının artırılması ilə bağlıdır.

Beynəlxalq əməkdaşlıq şirkətləri tərəfindən qaz sənayesinə sərmayə qoyuluşunun artırılması əsas kapitala qönəldilən vəsaitin həcminə müsbət təsir edib. Bu hal həm də xarici mənbələr üzrə əsas kapitala investisiyaların həcmini artırıb. 2019-cu ilin yanvar-noyabr dövrü ilə müqayisədə xarici mənbələrdən investisiya qoyuluşu 21,8% artıb.

Azərbaycanda iqtisadi münasibətlərin şəffaflaşdırılması, kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi iqtisamətində ardıcıl tədbirlər 2020-ci ildə də davam edib. Bunun nəticəsində əməkhaqqı ödənişlərinin rəsmi həcmi artıb və bu, orta aylıq əməkhaqqının səviyyəsinin yüksəlməsinə şərait yaradıb. 2020-ci yanvar-oktyabr aylarına aid olan məlumata əsasən orta aylıq əməkhaqqı 14,7 faiz artaraq 704,5 manat olub.

Orta əməkhaqqının artması 2021-ci ildə pensiyaların da artımını şərtləndirəcək. Qanunvericiliyə əsasən orta əməkhaqqındakı artım sürətinə uyğun olaraq növbəti ilə pensiyalar indeksləşdirilər. Bu o deməkdir ki, cari ildə orta əməkhaqqı 14 faiz artarsa yanvarın 1-dən pensiyalar da 14 faiz artırılacaq.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR