Daha 12 müəssisə Rusiyaya pomidor ixrac edəcək
Kateqoriya məlum deyil
"Rosselxoznadzor” Azərbaycanın 12 müəssisəsindən pomidor tədarükünə qoyulan qadağanı götürüb.
Sfera.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor” rəhbərinin müavini Anton Karmazin jurnalistlərə açıqlamasında deyib.
"Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti Azərbaycandakı müəssisəsidən pomidor tədarükü ilə bağlı müvəqqəti məhdudiyyətlərin 2020-ci il dekabrın 24-dən qaldırılması barədə məlumat verir. Məhdudiyyətlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məktubuna əsasən və sözügedən xidmətin zəmanəti ilə aradan qaldırılır”, - məlumatda bildirilib.






