Logo

Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir

Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi yaxşılaşaraq 191 ölkə arasında 28-ə yüksəlib

Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab olunan "Doing Business" hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın "Doing Business 2020" hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, ölkəmiz bir daha dünyanın "Ən islahatçı 10 ölkəsi” sırasına daxil olub.

Xatırladaq ki, 2020-ci il avqustun 27-də Dünya Bankı tərəfindən yayımlanmış pres-relizdə bir sıra üzv ölkələrin "Doing Business" hesabatındakı məlumatlarının bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlandığı, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdi.

Bankın 2020-ci il 16 dekabr tarixli pres-relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016-cı, 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılıb, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilib və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənib.

Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların ("elektrik təchizatı şəbəkələrinə qoşulma, "müqavilələrin icrası”, "sərhəddə ticarət” indikatorları üzrə) "Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub.

Qeyd edək ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.

Müvafiq düzəlişlərdən sonra "Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən "dünyanın ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR