Azərbaycanın 2021-ci il üzrə büdcə zərfinin qəbulu niyə gecikir?
Məsələyə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli aydınlıq gətirib.
Sfera.az-ın məlumatına görə, komitə sədrinin müavini APA-ya açıqlamasında bildirib ki, 2021-ci il üzrə büdcə zərfi hələ Milli Məclisə gəlməyib: "Bu il büdcənin parlamentə daxil olmasının gecikməsi Azərbaycan xalqının apardığı Vətən müharibəsi və həmin müharibədə zəfər çaldıqdan sonra işğaldan azad olunmuş ərazilərilərimizdə gələn il və qarşıdakı bir neçə il ərzində həyata keçirilməli olan bərpa işləri, təhlükəsizliyin gücləndirilməsi tədbirləri və digər zəruri işlərin maliyyə yükünün optimal variantda hesablayıb təqdim edilməsi məsələlərinin həlli ilə bağlıdır”.
Qeyd edək ki, "Büdcə sistemi haqqında” qanunun 15.3-cü maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi Milli Məclisdə cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilməlidir.






