Daha 4 müəssisə Rusiyaya pomidor ixrac edə biləcək
Kateqoriya məlum deyil
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın bəzi müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.
Sfera.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.
Bu gündən etibarən Xızı rayonunda qeydiyyatda olan "Aqroterm” MMC, dekabrın 17-dən etibarən isə daha dörd Azərbaycan müəssisəsi ixrac prosesini bərpa etmək hüququ əldə edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə aşağıdakılar məhsullarını idxal edə biləcəklər: "Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan oğlu (Masallı rayonu), "Gp Alfa greenhouse” MMC (Salyan rayonu), "Hajigabul greenhouse” MMC (Hacıqabul rayonu).
Xatırladaq ki, dekabrın 10-dan etibarən "Rosselxoznadzor” məhsullarda zərərvericilərin aşkarlanması halları səbəbindən Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan etmişdi. (Report)






