Logo

Rusiya Azərbaycan müəssisələrinin birindən pomidor idxalına icazə verdi

Rusiya Azərbaycan müəssisələrinin birindən pomidor idxalına icazə verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) dekabrın 16-dan etibarən Azərbaycanın Xızı bölgəsində "Aqroterm” MMC tərəfindən yetişdirilən pomidorların Rusiyaya idxalına icazə veriləcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.

Qurum belə bir qərarın respublikanın Qida Təhlükəsizliyi Agentliyi ilə dekabrın 9-dan 14-dək baş tutan üç turdan ibarət danışıqların nəticəsində verildiyini açıqlayıb.

Bu görüşlərdə Azərbaycan nümayəndələri pomidor və almalarda zərərvericilərin aşkarlanması halları ilə bağlı aparılan araşdırmaların nəticələrindən bəhs ediblər.

"Azərbaycanın daha iki istixana təsərrüfatının məhsullarının idxalına icazə verilməsi məsələsi müzakirə mərhələsindədir. Bu istiqamətdə ölkənin səlahiyyətli orqanları ilə iş davam edir”, - deyə qurumdan bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR