Logo

Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI

Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ötən ay ərzində Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Sfera.az xəbər verir ki, cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, soğanın, sarımsağın, şəkər tozunun qiymətində baş verib.

Ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, şabalıdın, kələmin, balqabağın, yerkökünün qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.qaynarinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR