Logo

Ölkədə siqaret istehsalı artıb - FOTO

Ölkədə siqaret istehsalı artıb - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2020-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə ərazisindən 5,7 min ton tütün yığılıb.

Sfera.az xəbər verir ki, müafiq dövr ərzində 340 milyon manat dəyərində tütün məmulatları istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 18,3 faiz artım qeydə alınıb.

Ötən ilə nisbətən fermentləşdirilmiş tütün məhsullarının 1,9 faiz azalıb, papiros və siqaretlərin istehsal həcmi isə 32,8 faiz artıb.

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan tütün məmulatlarının həcmi 3 faiz artıb.

Eləcə də, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 8 milyon 373,2 min dollar dəyərində 3,4 min ton həcmində tütün ixrac edilib.

Ölkədə siqaret istehsalı artıb - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR