Logo

TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə növbəti layihəyə start verdi

TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə növbəti layihəyə start verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində AYİB və TuranBank növbəti texniki dəstək layihəsinə start verib.

Sfera.az xəbər verir ki, yeni layihə çərçivəsində AYİB tərəfindən cəlb edilmiş TA Consult Partners konsultant şirkəti banka risk və uyğunluq siyasətinin idarə edilməsi və uyğunluq (komplayans) prosedurlarının beynəlxalq normalara uyğunlaşdırılması işində dəstək göstərəcək. Artıq məsləhətçi şirkətin ekspert qrupu tərəfindən bankın ehtiyaclarının qiymətləndirilməsi həyata keçirilib və qarşılıqlı müzakirələrdən sonra texniki yardım layihəsinin iş planı təsdiq edilib.

Qeyd edək ki, AYİB-nin texniki yardım layihəsi və digər müvafiq xidmətləri bankda risk nəzarəti prosedurlarının effektiv idarə olunmasının təmin edilməsini hədəfləyir. Layihə risklərin idarə edilməsi sisteminin ümumi qaydaları və prosedurlarının təkmilləşdirilməsi, əməliyyat riski prosedurlarının effektivliyinin artırılması və bankın müvafiq risk strategiyasının ərsəyə gəlməsini əhatə edəcək.

Adıçəkilən layihə, Avropa Birliyi EU4Business initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR