Unibankın biznes müştəriləri hesablararası köçürməni saniyələr ərzində edəcək!

Unibankın biznes müştəriləri hesablararası köçürməni saniyələr ərzində edəcək!
Unibank müştərisi olan biznes sahibləri digər banklarda olan istər öz hesablarına, istərsə də partnoyorlarının hesablarına manat vəsaitlərinicəmi bir neçə saniyəyə çox asanlıqla köçürə, eləcə də əksinə öz hesablarına olan köçürmələri dərhal qəbul edə biləcəklər. Bunun üçün çoxsaylı prosedurlara və saatlarla gözləməyəartıq ehtiyac yoxdur. Unibank müştərilərinə bu imkanı Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sisteminə (AÖS) qoşulmaqla təqdim edir.

Unibank AÖS sisteminə ilk qoşulan banklardandır. Bu əməliyyatları banka gəlmədən İnternet Banking və Unibank Biznes Mobile əlavəsi vasitəsi ilə həyata keçirmək mümkündür. Qeyd olunan funksionallıq nəticəsində hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (VÖEN, mobil nömrə, e-poçt) aparılması imkanı yaradılıb.

Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından //www.unibank.az/az/corporate-clientsəldə etmək olar.

Unibank-Biznesinizə daimi dəstək!


OXŞAR XƏBƏRLƏR

Rəşad Nəsirova vəzifə verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ayında öz ərizəsi ilə işdən çıxan sözçüsü Rəşad Nəsirov yeni vəzifəyə təyinat alıb. &n...

Bərdədə 61 yaşlı kişi faciəvi şəkildə öldü

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətində elektrik naqili il...

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...