Logo

Azər Türk Bank Ani Ödənişlər Sisteminə qoşuldu

Azər Türk Bank Ani Ödənişlər Sisteminə qoşuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dövlət bankı Azər Türk Bank AR Mərkəzi Bankı tərəfindən Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində hazırlanmış Ani Ödəniş Sisteminə (AÖS) qoşulub.

Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslər arasında ölkə daxili manat köçürmələrini sürətli və daha rahat həyata keçirməyə imkan verəcəkdir.

Müştərilər Banka müraciət etməklə öz hesablarından AÖS-də istifadə etmək üçün ilkin qeydiyyatdan keçə bilərlər.

Pul köçürmələri haqqında daha ətraflı məlumatı //atb.az/ saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR