Logo

Neftin qiyməti 70 dolları keçəcək - PROQNOZ

Neftin qiyməti 70 dolları keçəcək - PROQNOZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qarşıdakı 20 ildə neftin dəyəri bir barel üçün 50 dollardan az olmayacaq.

Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) "World Energy Outlook 2020” hesabatında yer alıb.

BEA-nın proqnozuna görə baza ssenaridə 2025-ci ilədək neftin dəyəri  bir barel üçün 71 dollara, 2030-cu ilədək 76 dollara və 2040-cı ilədək 85 dollara qədər yüksələ bilər.

Agentlik uzunmüddətli proqnozda pandemiyadan sonra enerji bazarlarının inkişafı üçün bir neçə ssenarini nəzərdən keçirib. 2021-ci ildə tədricən koronavirus pandemiyası üzərində nəzarətin ələ keçirilə biləcəyi düşünülür. Bu vəziyyətdə qlobal iqtisadiyyat elə 2021-ci ilin sonuna qədər böhrandan əvvəlki səviyyələrə qayıdacaq.

2021-ci ildə koronavirusa qalib gəlmək mümkün olmasa, iqtisadiyyatın bərpası gecikəcək. Belə halda neftin qiyməti bir qədər zəif artaraq 2025-ci ilədək 59 dollar/barelə, 2040-cı ilədək isə 72 dollar/barelə çata biləcək.

Paris sazişinin iqlim hədəfləri ilə bağlı daha radikal ssenaridə  isə neftin qiyməti qarşıdakı 20 ildə 55 dollara belə çata bilməyəcək. Belə ki, bu ssenaridə neftin qiymətini n 2025-ci ilədək 57 dollar/barel, 2040-cı ilədək isə 53 dollar/barelə bərabər olacağı proqnozlaşdırılır.

BEA qeyd edir ki, investisiyaları stimullaşdırmaq üçün qarşıdakı 5 ildə neftin qiymətinin 70 dollar/barelə yüksəlməsi lazımdır. Bundan sonra qiymətlər bir barel üçün 75-85 ABŞ dolları aralığında sabitləşə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR