“Təmiz Qaz”dan ordumuza 100 min manatlıq dəstək
Kateqoriya məlum deyil
"Təmiz Qaz” QSC Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat ianə edib.
Bu barədə QSC-dən Sfera.az-a daxil olan məlumatda deyilir:
"işğalda olan torpaqlarımızın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşən şanlı Ordumuza dəstək hər bir vətəndaşın borcudur.
Biz daim Ordumuzun yanındayıq.
Əsgərlərimizlə qürur duyuruq.
Qarabağ Azərbaycandır!".






