Logo

Azərbaycan qızıl ixracını artırıb

Azərbaycan qızıl ixracını artırıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 2020-ci ilin avqustunda Azərbaycan 28 milyon dollar məbləğində qızıl ixrac edib.

Sfera.az xəbər verir ki, ixrac 2019-cu ilin avqustu ilə müqayisədə 5,3 milyon dollar və ya 23,3 faiz artıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 124,4 milyon dollar məbləğində qızıl ixrac edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,7 milyon dollar və ya 15,5 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın qeyri-neft ixracı 1,954 milyard dollar təşkil edib.

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2024-cü ilədək Azərbaycanın qeyri-neft ixracı 3 milyard dolları keçəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR