Azərbaycanda krediti olanların sayı AÇIQLANDI

Azərbaycanda krediti olanların sayı AÇIQLANDI

Xidmətə daxil olan sorğuların 74%-dən çoxu banklar tərəfindən edilib.

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə, 2016-ci ilin fevral ayının yekunlarına görə, Azərbaycanda 2 milyon 555 min 645 nəfər borcalan (kredit borcu olanlar - red.) qeydə alınıb. Bu isə yanavr ayının yekunları ilə müqayisədə 4 min 729 nəfər və ya 0,18% çoxdur. 

Sfera.az bu barədə oxu.az-a istinadən xəbər verir. 

Bu isə 2015-cı ilin yekunları ilə müqayisədə 9, 921 nəfər və ya 0,38% artım deməkdir. 

Cari ilin martın 1-nə xidmətin bazasında 10 milyon 854 min kredit haqqında informasiyalar saxlanılır.

AMB-nin məlumatına görə, fevral ayının yekunlarına görə, xidmətə daxil olan sorğuların sayı 87 mindən 112 min 920-yə qalxıb. 

Sorğuların 74,28%-i banklar tərəfindən edilib. 

Qeyd edək ki, fevral ayının yekunlarına görə, zamin şəxslərin sayı fevralda 264 nəfər artaraq 1 milyon 216 min 844 nəfər təşkil edib. 

Xatırladaq ki, Azərbaycanda 2012-ci ildə 1 milyon 540 min borcalan, 2013-cü ildə Azərbaycanda 1 milyon 952 min borcalan, 2015-ci ilin yekunlarına görə isə 2 milyon 545 min 724 nəfər borcalan qeydə alınıb.

Məlumat üçün bildirək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplanır.


OXŞAR XƏBƏRLƏR